RU

Dövlət əmlakının özəlləşdirilmə və icarəsindən büdcəyə təxminən 113 milyon manat ödənilib

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilinyanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlətbüdcəsinə 112,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barərə Trend Əmlak Məsələləri Dövlət Xidmətinə istinadənxəbər verir.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsindəişlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən2025-ci ilin yanvar-iyul ayları ərzində 26 hərrac keçirilib.Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlətmüəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlətbüdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyulayları ərzində 406-sı qeyri-yaşayış, 2.068-i torpaq sahələri üzrəolmaqla 2.474 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrüərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaqsahələrinin) icarəsindən dövlət büdcəsinə 26,9 milyon manatvəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-iyul ayları ərzində dövlətəmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə112,9 milyon manat vəsait daxil olub.

Избранный
33
5
az.trend.az

10Источники