AZ

2025-ci ilin yanvar-iyul aylarında dövlət əmlakının özəlləşdirilməsi və icarəsi

Finss.az - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 112,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. 2025-ci ilin yanvar-iyul ayları ərzində 26 hərrac keçirilib, nəticədə 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 500 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.

Bu dövrdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2.474 yeni icarə müqaviləsi bağlanıb, onlardan 406-sı qeyri-yaşayış sahələri, 2.068-i isə torpaq sahələri üzrədir. İcarədən dövlət büdcəsinə 26,9 milyon manat vəsait ödənilib.

Beləliklə, 2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 112,9 milyon manat vəsait daxil olub.

Müəllif: Fuad Mədətov | Finss.az

Əlavə bax: Dövlət büdcəsindən geri qaytarılan vəsait – Yanvar-İyul 2025

{{META_TITLE}}
Seçilən
12
5
fins.az

10Mənbələr