AZ

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 112,9 milyon manat vəsait daxil olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 15 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 112,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində 26 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib. Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib. Həmçinin bu ilin yanvar-iyul ayları ərzində 406-sı qeyri-yaşayış, 2068-i torpaq sahələri üzrə olmaqla 2474 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 26,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 112,9 milyon manat vəsait daxil olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
5
azertag.az

10Mənbələr