BAKI, 15 avqust. TELEQRAF
Azərbaycanın UEFA reytinqindəki yeri dəyişməz qalıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu həftə "Qarabağ" Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın "Şkendiya" kollektivini 5:1 (ilk oyun - 1:0) hesabı ilə üstələyib.
Ölkə çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub. Azərbaycan III təsnifat mərhələsinin cavab oyunlarından sonra da (19.250) 28-ci mövqedə yer alır.
"Sabah" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Masazır təmsilçisi evdə Bolqarıstanın "Levski" (Sofiya) komandasına 0:2 (ilk oyun - 0:1), "qırmızı-ağlar" isə Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.
Azərbaycanın izləyicilərindən biri dəyişib. Ukrayna (19.725) 27-ci sıradadırsa, əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan Rusiyanı (18.299) keçərək 29-cu pilləyə yüksəlib.