AZ

UEFA əmsallar cədvəlində Azərbaycanın mövqeyi dəyişməz qalır

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın UEFA əmsallar cədvəlindəki yeri dəyişilməz qalıb.

Hafta.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra reallaşıb.

Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər.

Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.

Bu həftə "Qarabağ" Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın "Şkendiya" kollektivini 5:1 (ilk oyun - 1:0) hesabı ilə üstələyib. Ölkə çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub.

"Sabah" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın "Levski" (Sofiya) komandasına 0:2 (ilk oyun - 0:1), Naxçıvan klubu Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.

Seçilən
14
14
hafta.az

10Mənbələr