AZ

Bolqarıstan Azərbaycana yaxınlaşdı - UEFA reytinqi

Azərbaycanın UEFA reytinqindəki yeri dəyişməz qalıb.

"Football-plus.az" xəbər verir ki, bu həftə "Qarabağ" Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın "Şkendiya" kollektivini 5:1 (ilk oyun - 1:0) hesabı ilə üstələyib.

Ölkə çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub. Azərbaycan 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra da (19.250) 28-ci mövqedə yer alır.

"Sabah" və "Araz-Naxçıvan" isə Konfrans Liqasında mübarizəni dayandırıb. Masazır təmsilçisi evdə Bolqarıstanın "Levski" (Sofiya) komandasına 0:2 (ilk oyun - 0:1), "qırmızı-ağlar" isə Cənubi Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.

Azərbaycanın izləyicilərindən biri dəyişib. Ukrayna (19.725) 27-ci sıradadısa, əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan Rusiyanı (18.299) keçərək 29-cu pilləyə yüksəlib.

"Levski" (Sofiya) "Sabah"ı, "Arda" isə Litvanın "Kauno Jalgiris" klubunu 2:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıblar. Nəticədə Bolqarıstan üst-üstə 0,500 xal əldə edib.

Seçilən
32
14
football-plus.az

10Mənbələr