RU

Cəlilabadda yanğın törədən şəxs yaxalanıb


Avqustun 13-də Cəlilabad rayonunun Göytəpə şəhərinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalar nəticəsində yanğının 1982-ci il təvəllüdlü Ziyafət Məmmədov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. Ziyafət Məmmədov məsuliyyətə cəlb edilib.

Mətləb

Избранный
102
18
baki-xeber.com

10Источники