Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 13-də Cəlilabad rayonunun Göytəpə şəhərinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının 1982-ci il təvəllüdlü Ziyafət Məmmədov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Ziyafət Məmmədov məsuliyyətə cəlb edilib.