Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində sürücü polisə müraciət edərək “Lada Granta” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı E.Abdullayev saxlanılıb.
Nəqliyyat vasitəsi aşkarlanaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.