Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində sürücü polisə müraciət edərək “Lada Granta” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı E.Abdullayev saxlanılıb. Nəqliyyat vasitəsi aşkarlanaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta