RU

Putinin Alyaskadakı təhlükəsizliyini Rusiya və ABŞ xüsusi xidmətləri təmin edəcək

Ekspert: Siyasi fikir ayrılıqları dövlət başçılarının təhlükəsizlik protokoluna təsir etmir...

Rusiya prezidenti Vladimir Putinin Alyaskaya səfəri zamanı onun təhlükəsizliyi Rusiya hüquq-mühafizə orqanları və ABŞ-ın Gizli Xidməti tərəfindən birgə təmin olunacaq.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə qurumun keçmiş əməkdaşı Robert Makdonald danışıb.

Makdonald vurğulayıb ki, siyasi fikir ayrılıqları dövlət başçılarının xarici səfərlərində təhlükəsizlik protokoluna təsir göstərmir: “Prezident Putinin şəxsi mühafizəsi Rusiyadan olacaq, əlavə təhlükəsizlik isə ABŞ-ın Gizli Xidməti tərəfindən təmin ediləcək. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur”.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin 15 avqustda Alyaskada görüşəcəklər. Kreml sammitin tarixini və yerini təsdiqləyib. Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Alyaska seçimi məntiqlidir, çünki burada RusiyaABŞ-ın, o cümlədən Arktikadakı iqtisadi maraqları toqquşur.

Görüşün əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli olacaq. Moskva növbəti görüşü Rusiyada keçirməyi Trampa təklif edib.

Poliqon.info

Избранный
18
50
poliqon.info

10Источники