RU

Laçında müğənni qətlə yetirilib:

Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib.

 

“Qafqazinfo” xəbər verir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib. 

 

Polis S.Quliyevin qardaşı, cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. 

 

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. 

 

Araşdırmalar aparılır.

**

Laçında qətlə yetirilən Səfər Quliyev bölgədə müğənni kimi tanınırmış.

 

S.Quliyevin qardaşı Xasay Quliyevlə birlikdə doğulduqları Fingə kəndinə arı saxlamaq üçün getdikləri deyilir. Mübahisənin də elə əldə edilən bal məhsulu üstündə yarandığı bildirilir.

Избранный
95
5
senzor.az

10Источники