Avqustun 12-də Laçın rayonunda qətl hadisəsi baş verib.
“Cebheinfo.az” APA-ya istinadən xəbər verir ki, Səfər Quliyev ov tüfəngi ilə öldürülüb.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Araşdırmalar aparılır.
“Cebheinfo.az”