AZ

Laçında dəhşət: Müğənni ÖLDÜRÜLDÜ - Yenilənib

Laçında qətlə yetirilən Səfər Quliyev bölgədə müğənni kimi tanınırmış.

S.Quliyevin qardaşı Xasay Quliyevlə birlikdə doğulduqları Fingə kəndinə arı saxlamaq üçün getdikləri deyilir. Mübahisəyə səbəb elə əldə edilən bal məhsulu üstündə yaranıb.

***

Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib. 

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. 

Hadisə ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. 

Araşdırmalar aparılır.


Seçilən
117
5
news24.az

10Mənbələr