Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Prezident yanında Antiinhisarvə İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamlarınyayımı ilə əlaqədar 80 müraciətə baxıb.
Trend bubarədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövründə 64-ə bərabərolub. Beləliklə, illik müqayisədə ölkədə qanunsuz reklamlarınyayımı ilə əlaqədar agentlik tərəfindən baxılan müraciətlərin sayı25% artıb.
Hesabat dövründə baxılıan müraciətlərin 37-si xidmət, 15-iticarət, 8-i qeyri-qida, 4-ü ictimai iaşə, 2-si dərman vasitələrivə tibbi avadanlıqlar, 1-i qida, 1-i tütün məmulatları, 12-si isədigər sahələrə aid olub.
"Reklam qanunvericiliyinə nəzarət bazar iştirakçıları üçünbərabər şərtlərin yaradılması və haqsız rəqabətə yol verilməsininqarşısının alınmasına xidmət edir. Bu, həmçinin, istehlakçılarınməhsul və xidmətlər barədə düzgün və dolğun məlumat almasına imkanyaratmaqla onların sərbəst seçim hüquqlarının təmin edilməsinətöhfə verir", - deyə məlumatda qeyd edilib.