RU

Renatın komandası heç-heçə etdi

Renat Dadaşovun heyətində yer aldığı “Motor" Polşa çempionatında növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı hücumçunun klubu “Lexiya Qdanks”ın qonağı olub. “Polsat Plyus” stadionunda təşkil olunan matç 3:3 hesablı heç-heçə ilə bitib. Dadaşov qarşılaşmaya 80-ci dəqiqədə daxil olub. “Motor Lublin” 3 oyundan sonra 4 xalla 13-cüdür.

Renat “Motor”a cari mövsümün əvvəlində keçib. O, meydana çıxdığı 3 oyunda qol hesabını aça bilməyib.

Избранный
22
31
football-plus.az

10Источники