Azərbaycan yığma komandasının futbolçusu Renat Dadaşovun heyətində yer aldığı “Motor"(Lublin) Polşa çempionatında V turun matçına çıxıb.
Sportal.az xəbər verir ki, “Motor” öz meydanında “Pyast”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Dadaşov 63-cü dəqiqədə meydana daxil olub, 88-ci dəqiqədə isə sarı vərəqə alıb.
Qeyd edək ki, hazırda “Motor” 5 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi