RU

Türkiyədə bu il 5 mindən çox meşə yanğını ilə mübarizə aparılıb

BAKI, TurkicWorld

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Baş İdarəsi (OGM) bu il ərzində 5 mindən çox meşə yanğını ilə mübarizə aparıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, idarənin sosial media hesabında yayımlanan məlumatda qeyd olunub ki, bu günə qədər baş verən 4 min 980 yanğın ictimaiyyətin diqqətindən kənarda qalmasına baxmayaraq vaxtında nəzarət altına alınıb və böyümədən söndürülüb. Bununla belə, 20 yanğın nəzarətdən çıxaraq daha böyük ərazilərə ziyan vurub, can itkisi və şəhid xəbərləri ilə nəticələnib.

Açıqlamada hər bir yanğının potensial fəlakət riski daşıdığı, bəzən kiçik səbəblərin böyük fəlakətlərə yol aça biləcəyi vurğulanıb. Çanaqqaladə baş verən meşə yanğınlarının hamısının meşə olmayan ərazilərdə başlayaraq ormana keçdiyi qeyd edilib.

OGM insan amilinin əsas yanğın səbəblərindən biri olduğunu qeyd edərək bildirib ki, yanğınların 90 faizi açıq havada ocaq qalamaq,siqaret izmariti atmaq və zibilləri düzgün atılmaması kimi səbəblərdən qaynaqlanır.

Bununla yanaşı, havanın temperaturunun 30 dərəcədən yüksək, rütubətin 30 faizdən aşağı və küləyin saatda 30 km-dən sürətli olduğu şəraitdə yanğınların çox sürətlə yayıldığı qeyd olunub. Bu səbəbdən hazırkı hava şəraitində xüsusilə diqqətli olunması tövsiyə olunub.

Qurum yanğınlarla mübarizə üçün istifadə edilən texnologiyalar və tədbirlər barədə də məlumat verib. Bildirilib ki, 2 dəqiqə ərzində yanğınlar müəyyən olunur, 11 dəqiqəyə isə operativ müdaxilə edilir. Süni intellektlə çalışan qərar dəstək sistemləri, erkən xəbərdarlıq sistemləri və pilotsuz uçuş aparatları ilə yanaşı 27 təyyarə, 105 helikopter, 5 mindən çox quru texnikası, 25 min əməkdaş və 132 min könüllü ilə fasiləsiz mübarizə aparılır.

Избранный
32
50
turkic.world

10Источники