AZ

Tarixlərinin ən böyük meşə yanğınları: İspaniya və Portuqaliya alova təslim oldu

İspaniya və Portuqaliya hazırda tarixlərinin ən dağıdıcı meşə yanğınları ilə mübarizə aparır. Ən çox zərər görən bölgələr: Qalisya (Ourense), Leon, Zamora, Ekstremadura (Kaseres), Asturiasdir.
Sherg.az xəbər verir ki, təkcə Qalisyada bu ay 60 min hektardan çox ərazi yanıb. Ümumilikdə bu il ölkə üzrə 120 min hektara yaxın meşə sahəsi külə çevrilib.
Baş nazir Pedro Sançes bölgələri ziyarət edərək 500 əlavə əsgərin söndürmə işlərinə qoşulacağını açıqlayıb.
Sançes,  “İqlim böhranı getdikcə daha ciddi və yayğın hal alır” - deyə bütün siyasi qüvvələri ortaq həll tapmağa çağırıb.

Portuqaliya

Son 2 gündə 64 min hektar, ilin əvvəlindən bəri isə ümumilikdə 139 min hektar ərazi yanıb.
Hazırda əsasən Arganil bölgəsi olmaqla 8 böyük yanğın davam edir.
Arganildə təkcə 10 min hektar (bölgənin 1/3-i) yanıb.
Hökumət Avropa Mülki Müdafiə Mexanizmini işə salaraq əlavə olaraq Canadair tipli 4 yanğınsöndürən təyyarə tələb edib.

Seçilən
30
9
sherg.az

10Mənbələr