RU

“Bu, Cənubi Qafqazda sabitliyə gedən yolda tarixi addımdır” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan sülh razılaşmasını Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. Azərbaycana tətbiq olunan məhdudiyyətlərin artıq aradan qalxması da sevindiricidir. Məmnunluğumuzu telefon danışığı zamanı bildirdim”,-deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan, bu gün eyni mövzunu Ermənistanın Baş naziri Nikol Paşinyanla da danışdığını söyləyib.

Bildirib ki, telefon danışığı zamanı Paşinyanla Türkiyə-Ermənistan sərhədinin hansı şərtlər daxilində açılacağını da müzakirə ediblər. 

Türkiyə lideri onu da vurğulayıb ki, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin inkişafı bütün region ölkələrinin xeyrinə olacaq. 

 

Избранный
49
26
qafqazinfo.az

10Источники