AZ

“Vaşinqtonda imzalanmış saziş davamlı sülhə gedən yolda tarixi bir addımdır” Ərdoğan

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycan və Ermənistan arasında ABŞ-də əldə olunan razılaşma davamlı sülhə gedən yolda tarixi bir addımdır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.

Türkiyə lideri qeyd edib ki, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb:

“30 illik işğaldan sonra Qarabağın azadlığına qovuşması ilə bölgəmizdə yeni mərhələ başlayıb. 8 avqustda Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhə gedən yolda tarixi bir addımdır.

Həmçinin Azərbaycana qarşı sanksiyaların qüvvədən düşməsi sevindiricidir. Türkiyə olaraq Azərbaycanın yanında olacağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
106
50
yeniavaz.com

10Mənbələr