RU

"Qəbələ" nigeriyalı oyunçu aldı - Rəsmi

style='margin-bottom:10px;'>

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Futbolçu son olaraq Nigeriya premyer liqasında “Kanemi Warriors” komandasının formasını geyinib. Salihu həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bu yay Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.

Избранный
15
9
teleqraf.com

10Источники