RU

Azərbaycan-Ermənistan sərhədində hər hansı üçüncü tərəfin qüvvələri yerləşdirilməyəcək

Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.

Bu, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

Избранный
12
50
marja.az

10Источники