RU

“Bayer” yeni qapıçı transfer edib

Bakı, 11 avqust, AZƏRTAC

Almaniyanın “Bayer” komandası yeni transferini açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi “Leypsiq”dən Yanis Blasvixi heyətinə qatıb.

Almaniyalı 33 yaşlı qapıçı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Y.Blasvix 2022-ci ildən “Leypsiq”in əsas heyətində çıxış edirdi.

 

Избранный
15
50
azertag.az

10Источники