AZ

Sonun yeni klubu məlum oldu – Rəsmi


“Tottenhem”in koreyalı hücumçusu Son Hın Min karyerasını MLS-də davam etdirəcək.
Yeniavaz.com
xəbər verir ki, Şimali Amerika Liqasının təmsilçisi “Los Anceles Kings” 33 yaşlı futbolçu ilə müqavilə imzalayıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçunun müqaviləsi 2027-ci ilin sonuna qədər davam edəcək.
Digər tərəfdən, bu müqaviləni daha bir il uzatmaq, həmçinin, 2029-cu ilin iyun ayının sonuna qədər yenidən imzalamaq imkanı var.
Müqavilənin maliyyə təfərrüatları açıqlanmayıb, lakin “Transfermarkt”ın məlumatına görə, transfer məbləği təxminən 27 milyon dollar təşkil edib ki, bu da MLS tarixində rekord göstəricidir.
Qeyd edək ki, Son Hın Min 2015-ci ildən “Tottenhem”də çıxış edir. O, İngiltərə klubuna Almaniyanın ”Bayer Leverkuzen” klubundan keçib.
Ümumilikdə, koreyalı “Tottenhem”in heyətində bütün turnirlərdə 454 oyun keçirib, 173 qol vurub və 101 məhsuldar ötürmə edib.
London komandası ilə son mövsümündə hücumçu Avropa Liqasının qalibi olub.
Seçilən
33
yeniavaz.com

1Mənbələr