RU

Kasıb xeyirxah ola bilərmi? Orxan Saffari

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda romantik səslənən, tərkibində daha çox pafos iştirak edən ifadələrin bir qismi də, kasıblıq, kasıb adamlarla bağlı olan ifadələrdir. Əlbəttə, deyilən hər sözün həqiqət tərəfinin olduğunuzu nəzərə almaq olar. Fəqət bəs gerçəkdə məsələ necədir? Daha dəqiq, kasıblar haqqında tərkibində pafos və romantika olan “Xeyirxah kasıb” birləşməsi doğrudurmu?

Ümumiyyətlə, xeyirxahlıq anlayışından söz düşürsə, ilk növbədə yada düşməli olan məsələ “Fəzilət”dir.

Belə demək olarsa, kasıb insanın xeyirxah olması, bir növ əlindən gələni etməyi, əslində, bir az da pafos və mənəvi-romantik auradır. Daha doğrusu, bu məqamda fəzilətlə xeyirxahlığı qarışdırmamaq gərəkdir. Kasıbın xeyirxahlığı eyni zamanda tarixən sistemlərin manipulyasiyası olub. Yəni, çoxluq təşkil edən kasıb təbəqənin balansda saxlanılma mexanizmi. Bu, daha çox, məsələn, mövcud bir sistemin ədalətsizliklərini pərdələmək, kasıbları sakit saxlamaq və sosial təbəqələşməni təbii göstərmək üçün istifadə olunan, eyni zamanda həm də ideoloji anlayışdır.

Digər tərəfdən, sual etmək gərək: xeyirxahlıq nədir?

Digər bir kasıbla əlində olanı bölüşmək daha çox xeyirxahlıqdır, yoxsa, məsələn, məktəb tikmək? Yoxsa, hər biri öz “çapında”?

Kasıbın xeyirxahlığı bu mənada daha çox sosial bərabərliyin nizamıdır.

Kasıb o zaman xeyirxah olur ki, onun etdiyi hansısa xeyirxah əməl fəzilətdən olur.

Əgər edilən əməl məhz fəzilətdəndirsə, heç bir maddi və mənəvi qarşılıq yoxdursa, o zaman bəli, kasıb da xeyirxah ola bilər. Ancaq hazırki kapitalist şərtlər altında qarşılıqsız edilən nə qədər əməl var?

Məsələn, bu da var: “Xeyirxah olmaq üçün varlı olmaq lazımdır”.

Xeyirxahlıq hissi yoxluqda yox, daha təbii olmağı üçün varlıqda ortaya çıxan bir hissdir.

Kasıbın digər kasıba kömək etməsi çox vaxt həmrəyliyin, birgə yaşama zərurətinin ifadəsidir. Daha da dərinə gedilsə, bu, bir az da mağara təfəkkürünə, qaydalarına söykənən hissdir.

Yəni bu anlamda xeyirxahlıq çox zaman fəzilət deyil, vicdanı sakitləşdirmək və ya əxlaqi borcun yerinə yetirilməsi funksiyasını daşıyır.

Kasıb bir qadının qonşusuna bir boşqab yemək aparması, ya da ehtiyac içində olan bir uşağa paltar verməsi həm gözəl, həm insani hərəkətdir, lakin bu, struktur olaraq sistemin yaratdığı ehtiyacdan doğur. Bunu etdirən hissin adı daha çox vicdan deyilmi? Xeyirxahlıq kimi böyük bir anlayışı buraya yükləmək nə dərəcədə doğrudur?

Kasıbın etdiyi xeyirxahlıq deyilən anlayış, sadəcə, mövcud vəziyyəti bir an olaraq ört-basdır edir və ya aradan qaldır. Ancaq böyük anlamda olan xeyirxahlıq anlayışı isə sistemli dəyişikliyə hesablanan məsələdir.

Fəzilətin bu məsələdə yeri nədir?

Aristotelə görə fəzilət “orta yol”dur – nə ifrat, nə təfrit. Bu kontekstdə, əgər bir kasıb heç bir maddi qarşılıq gözləmədən, yalnız fəzilət naminə nəsə edirsə, o zaman o, əsl xeyirxahlıq etmiş olur. Lakin bu hal azdır, o da təbii səbəblərə görə. Çün, yoxsulluğun özü insanı yaşamaq mübarizəsinə məcbur edir, xeyirxahlığa bəzən istək də olmur.

Sual oluna bilər:

“Əgər bir kasıb özünün tam olanını da verirsə, özünə yox, özündən də çox başqalarına yardım edirsə, bunun adı da xeyirxahlıqdırmı?”

Əlbəttə, yox. Bu, daha çox qəhrəmanlıqdır.

Son olaraq, xeyirxahlıq, daha çox təsir dairəsinə, əməldən sonra olan dəyişikliyə görə müəyyən olunan məsələdir.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
5
icma.az

10Источники