RU

Tramp Milli Qvardiyanı Vaşinqtona göndərəcək

Tramp administrasiyası yüzlərlə Milli Qvardiyanın əsgərini Vaşinqton küçələrinə göndərməyə hazırlaşır.

Oxuməni.az xəbər verir ki, bu barədə bazar günü rəsmi nümayəndəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

“Reuters”-in məlumatına görə, qoşunların yerləşdirilməsi planının təfərrüatları və onların rolu hələ də aydın deyil. Bu bəyanat Trampın bazar ertəsi paytaxtın "yenilənməsi" və abadlaşdırılmasına, o cümlədən şəhərdə cinayət və evsizliyə qarşı radikal mübarizəyə həsr olunmuş xüsusi mətbuat konfransı elan etməsindən sonra verilib.

ABŞ prezidenti evsizlərin dərhal paytaxtı tərk etməli olduğunu və onlara şəhərdən uzaqda yer veriləcəyini bildirib. Bundan əvvəl o, yerli hakimiyyət orqanları 14 yaşlı uşaqların böyüklərlə bərabər mühakimə olunmasına icazə verən qanuna dəyişiklik etməsələr, şəhəri federal nəzarətə götürməklə hədələyib. Bu, Hökumətin Effektivliyi Departamentinin (DOGE) 20 yaşlı keçmiş üzvü Edvard Koristinin döyülməsindən sonra baş verib.

Tramp artıq Los-Ancelesdəki iğtişaşları yatırmaq üçün ikinci müddətində Milli Qvardiyanı bir dəfə yerləşdirib. Onun ilk prezidentlik dövründə Kapitoli təpələrindəki iğtişaşlardan sonra asayişi bərpa etmək üçün qoşunlardan istifadə edildi. Tramp həmçinin polis məmuru tərəfindən döyülən afroamerikalı Corc Floydun ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı paytaxta qoşun göndərib, lakin onlar polis işində fəal iştirak etməyiblər.

“The Washington Post” yazır ki, Tramp administrasiyası yerli polisə cinayətlə və avtomobillərin oğurlanması hallarının artması ilə mübarizədə kömək etmək üçün həftə sonu Federal Təhqiqatlar Bürosunun 120 əməkdaşını paytaxta göndərib.

Almaz Həsənli

Избранный
38
13
oxumeni.az

10Источники