AZ

ABŞ hakimiyyəti onları Vaşinqtona yerləşdirəcək

ABŞ lideri Donald Trampın administrasiyası ABŞ Milli Qvardiyasının bir neçə yüz əsgərini ölkənin paytaxtına göndərməyi nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrindən biri bildirib ki, Tramp hələlik məsələ ilə bağlı yekun qərar verməyib. Mənbə onu da əlavə edib ki, Vaşinqtona göndəriləcək Milli Qvardiya qoşunlarının sayı, eləcə də onların yerinə yetirəcəkləri vəzifələr hələ də müzakirə olunur.

"Reuters"-in başqa bir mənbəsi qeyd edib ki, döyüşçülər həm federal əməkdaşları qorumaq, həm də hüquq-mühafizə orqanlarını müvəqqəti olaraq bu işdən azad etmək üçün inzibati tapşırıqları yerinə yetirmək üçün istifadə oluna bilər.

Seçilən
38
23
publika.az

10Mənbələr