AZ

Heqset: Milli Qvardiya qoşunları növbəti həftə Vaşinqton küçələrində görünəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 11 avqust , AZƏRTAC

Milli Qvardiya qoşunları növbəti həftə paytaxt Vaşinqton küçələrində görünəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə katibi Pit Heqset bildirib. O, Milli Qvardiyanın bu gün səfərbər edildiyini və ordu katibi Den Driskolin rəhbərliyi ilə fəaliyyət göstərəcəyini bildirib. Həmçinin əlavə edib ki, digər ixtisaslaşdırılmış bölmələr də Milli Qvardiyanın səfərbər olduğu bir vaxtda təhlükəsizlik əməliyyatlarını dəstəkləyəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda polis idarəsini federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə yerləşdirəcəyini açıqlayıb. O bu addımı paytaxtı cinayətlərdən, qan tökülməsindən, səfalətdən xilas etmək üçün atacağını bildirib.

Tramp Vaşinqtondan başlayacağını, lakin cinayətə qarşı daha geniş mübarizənin ABŞ-ın digər ərazilərində də aparılacağını söyləyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
23
azertag.az

10Mənbələr