RU

Azərbaycanda 7 ayda 36,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bakı. Trend:

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərənfərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 2,3 faiz az sənaye məhsulu istehsal edilib.Neft-qazsektorunda məhsul istehsalı 3,5 faiz azalıb, qeyri neft-qazsektorunda isə 5,5 faiz artıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Sənaye məhsulunun 61,5 faizi mədənçıxarma sektorunda, 32,0 faiziemal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalolunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalıb,əmtəəlik qaz hasilatı isə 0,2 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı88,2 faiz, əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, toxuculuqsənayesi məhsullarının istehsalı 27,5 faiz, kimya sənayesiməhsullarının istehsalı 10,7 faiz, qida məhsullarının istehsalı10,6 faiz, maşın və avadanlıqların istehsalı 10,6 faiz, tütünməmulatlarının istehsalı 8,1 faiz, rezin və plastik kütləməmulatlarının istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 1,4faiz artıb, içkilərin istehsalı 1,2 faiz, mebel istehsalı 5,2 faiz,tikinti materiallarının istehsalı 5,8 faiz, hazır metalməmulatlarının istehsalı 10,4 faiz, metallurgiya sənayesiməhsullarının istehsalı 12,0 faiz, elektrik avadanlıqlarınınistehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı12,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri16,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 20,0faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,3faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiyaməhsullarının istehsalı 28,1 faiz, geyim istehsalı isə 38,3 faizazalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faizartıb.

Избранный
8
12
az.trend.az

10Источники