AZ

Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalı 5,5 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında 36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb.

Sənaye məhsulunun 61,5 faizi mədənçıxarma sektorunda, 32 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Seçilən
6
11
vergiler.az

10Mənbələr