RU

ABŞ-də güclü meşə yanğını səbəbindən həbsxana təxliyə edildi

BAKI, 11 avqust. TELEQRAF

ABŞ-nin Kolorado ştatında güclü meşə yanğınları səbəbindən həbsxana təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə Kolorado İslah Müəssisələri Departamentinin məlumatında deyilir.

"Ehtiyat tədbiri kimi xəstəxanada olan 179 məhbus təhlükəsiz şəkildə oradan çıxarılıb", - məlumatda deyilir.

Qeyd edək ki, 432 kv. km ərazini əhatə edən "Li" yanğını Kolorado ştatı tarixinin ən böyük altıncı yanğını olub. Alovla mübarizəyə min nəfərdən çox yanğınsöndürən cəlb edilib.

Избранный
171
50
teleqraf.com

10Источники