Türkiyənin Çanaqqala vilayətində baş verən meşə yanğını külək səbəbindən sürətlə yayılaraq bölgədə böyük böhrana səbəb olub.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, tüstüdən zərər çəkmiş 77 vətəndaş tibb müəssisələrinə aparılıb. Onların vəziyyəti sabitdir.
Bölgədə bəzi binalar da yanıb. Yanğın nəticəsində xeyli sayda avtomobil külə dönüb.
Ehtiyat tədbiri olaraq ərazi boşaldılır.