Türkiyənin Çanaqqala vilayətinin Kəpəz rayonunda meşə yanğını baş verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vali Ömer Toraman bir kəndin təxliyə edildiyini açıqlayıb. Ümumilikdə, 2090 nəfər təxliyə olunub. Sakinlərin çoxu dəniz yolu ilə evakuasiya edilib.
77 nəfər xəstəxanaya yerləşdirilib.
Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 10 təyyarə, 9 helikopter, çoxlu sayda su maşını, yanğınsöndürən və 760 nəfərlik şəxsi heyət cəlb olunub.
Küləyin təsiri ilə yanğının genişləndiyi bildirilir.