İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən tarixi Kurtuba Məscid-Katedralində yanğın olub.
APA xəbər verir ki, bu barədə İspaniya dövlət televiziyası RTVE məlumat yayıb.
Yanğın artıq söndürülüb. Katedral bölməsinin sözçüsü Xuan Xose Ximenez mediaya bildirib ki, yanğın Kurtuba Məscid-Katedralinin şərq hissəsində baş verib.
Məscid XVI və XVII əsrlərə aid ibadətgahlarla doludur. İspaniya dövlət televiziyasının məlumatına görə, ilkin ehtimallara əsasən, yanğına səbəb elektrik xəttindəki qısaqapanma olub.