AZ

İspaniyada UNESCO-nun siyahısında yer alan Kurtuba Məscid-Katedralində yanğın baş verib

İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən tarixi Kurtuba Məscid-Katedralində yanğın olub.

APA xəbər verir ki, bu barədə İspaniya dövlət televiziyası RTVE məlumat yayıb.

Yanğın artıq söndürülüb. Katedral bölməsinin sözçüsü Xuan Xose Ximenez mediaya bildirib ki, yanğın Kurtuba Məscid-Katedralinin şərq hissəsində baş verib.

Məscid XVI və XVII əsrlərə aid ibadətgahlarla doludur. İspaniya dövlət televiziyasının məlumatına görə, ilkin ehtimallara əsasən, yanğına səbəb elektrik xəttindəki qısaqapanma olub.

Seçilən
45
1
apa.az

1Mənbələr