RU

Masaki Murata yenidən “Sumqayıt”da!

“Sumqayıt”ın sabiq futbolçusu Masaki Murata 2025/2026-cı illər mövsümündə yenə Azərbaycan klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, yeni mövsümün heyətini formalaşdırmağa davam edən “kimyaçılar” yapon yarımmüdafiəçi Muratanı transfer ediblər. 25 yaşlı futbolçu ilə 2 illik anlaşma imzalanıb. Murata “Sumqayıt”ın heyətində 71 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, Masaki Murata 2022/2023-cü illər mövsümünün ikinci yarısı və 2023/2024-cü illər mövsümündə də “Sumqayıt”da çıxış edib. O, bu komandanın heyətində ümumilikdə 54 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murata 2024-cü ilin yayında “Sumqayıt”dan ayrılaraq Danimarkanın “Vayle” klubuna keçmişdi. Masaki bu mövsüm sözügedən komandanın heyətində 3 oyuna çıxmışdı. Amma sabiq klubundan aldığı sərfəli təklif onun Danimarka klubundan ayrılması ilə nəticələnib. Murata “Vayle”nin heyətində bütövlükdə 10 oyun keçirib. Yapon futbolçu karyerası ərzində “Ginsheym”, “Valmiera”, “Bayern Alzenau” kimi klubların da formasını geyinib.

“Sumqayıt” buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç və Abdul Raşid Mumini ilə də güclənmişdi. İsa Suliman, Roi Kehat və Səbuhi Abdullazadə ilə yeni müqavilə imzalanıb. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın, Alan Dias və Georgi Xaraişvili də komandanı tərk ediblər.

Избранный
121
27
arena.az

10Источники