RU

Slot Liverpul un transfer siyasəti haqda

ain.az bildirir, Qol.az portalına istinadən.

"Liverpul"un baş məşqçisi Arne Slot  klubun transfer siyasətindən danışıb.

QOL.az xəbər verir ki, "mersisaydlılar" mövsümlərarası transferlərə 295 milyon funt-sterlinq xərcləyiblər.

"Aydındır ki, biz Premyer Liqanın favoritiyik. Çünki keçən mövsüm titul qazandıq və çox yaxşı oynadıq.

Düşünürəm ki, bu barədə yalnız transfer xərcləri kontekstində danışmaq normal deyil. Çünki digər komandalarla müqayisədə xalis xərclərimiz son iki mövsümə baxanda xeyrimizə deyil. Pul xərclədiyimiz üçün favorit olsaq, mənə qəribə gələr. Çünki biz də çox şey itirdik".

Qeyd edək ki, "Liverpul" son İngiltərə çempionudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
73
50
qol.az

10Источники