Bakı. Trend:
Darvin Nunes “Liverpul”dan “Əl-Hilal”a keçib.
Trend xəbər verir ki,Səudiyyə Ərəbistanı klubu 26 yaşlı hücumçunun transferiniaçıqlayıb. Tərəflər 2028-ci ilə qədər müqavilə imzalayıb.
İngilislər uruqvaylı futbolçu üçün bonuslar da daxil olmaqla 65milyon avro alacaqlar.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Nunyes 30 oyun keçirib,5 qol və 2 assistlə yadda qalıb.