RU

Dördüncü Üzüm və Şərab Festivalının təşkilinə 156 min manat xərclənəcək

BAKI, 9 avqust. TELEQRAF

Şamaxı Rayon İcra Hakimiyyəti dördüncü üzüm və şərab festivalının təşkili üçün müvafiq hazırlıqlara başlayıb.

Teleqraf xəbər verir ki, qurum festivalın təşkili üçün lazımi malların (iş və xidmətlərin) alınmasına 156 min 978 manat xərcləməyi planlaşdırır və podratçı axtarışındadır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi sentyabrın 1-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Xatırladaq ki, Üzüm və Şərab Festivalı Azərbaycanda daha əvvəl 2019, 2023 və 2024-cü illərdə keçirilib. Festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Избранный
54
8
teleqraf.com

4Источники