“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi ŞəxsiYeni Cənubi Muğan suvarma sisteminin yenidən qurulmasının I mərhələsi üzrə hazırlıqlara başlayıb.
Teleqraf xəbər verir ki, qurum Yeni Cənubi Muğan kanalının Maşın qolunun nasos stansiyası ilə birlikdə yenidən qurulması üçün 95 milyon 595 min 782 manat vəsait xərcləməyi planlaşdırır.
Bunun üçün tender elan edilib və podratçı axtarılır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi sentyabrın 26-dır. Zərflərin də həmin gün açılması nəzərdə tutulur. Tenderdə iştirak haqqı isə 10 000 manat olaraq müəyyənləşdirilib.