AZ

Hərbçilərin yaşadıqları binalarda liftlərin quraşdırılmasına 5 milyon manat xərclənəcək

BAKI, 15 iyul. TELEQRAF

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun balansında olan yaşayış binaları üçün liftlər quraşdıracaq.

Teleqraf xəbər verir ki, nazirlik bunun üçün 5 milyon 61 min 290 manat vəsait xərcləməyi planlaşdırır.

Müvafiq işlər üzrə tender elan edilib və podratçı axtarılır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi avqustun 13-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Seçilən
152
8
teleqraf.com

4Mənbələr