RU

Aİ-nin Azərbaycan və Ermənistan arasındakı sülhə - Münasibəti

“Avropa İttifaqı (Aİ)  Ermənistan və Azərbaycan arasında normallaşma prosesini qətiyyətlə dəstəkləyir” . 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birgə bəyanatda bildiriblər.

“ABŞ Prezidenti Trampın ev sahibliyi ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyanın görüşünü böyük hərarətlə alqışlayırıq.

Bu iki ölkə arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişin imzalanması bütün region üçün mühüm hadisədir. İmzalanmış Saziş hər iki ölkə və region üçün davamlı sülhə zəmin yaradır”, - deyə bəyanatda bildirilir.

Bəyanatda o da vurğulanır ki, indi  Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması istiqamətində davamlılığı, irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsi təmin edilməlidir:

“Sədr Koşta və sədr fon der Lyayen Azərbaycan və Ermənistan liderlərinin son bir neçə ildə ikitərəfli yolda, o cümlədən Brüsseldə apardıqları əvvəlki müzakirələrin davamında atdıqları qətiyyətli addımlardan həqiqətən ruhlandılar.

Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir və regional əlaqələrə, hər şeydən əvvəl əhalinin xeyrinə tam açıqlığa sərmayə qoymağa, eləcə də regionu davamlı sülh, sabitlik və firavanlığa yaxınlaşdırmağa hazırdır”.

Избранный
57
14
qafqazinfo.az

10Источники