AZ

Avropa sülh sazişinin paraflanmasını alqışlayır

AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə bəyanatında deyilir.

Vurğulanır ki, bu sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. Qeyd olunur ki, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır.

“İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tam normallaşması yolunda davamlı və daimi tərəqqiyə zəmanət vermək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsini təmin etmək vacibdir. Aİ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir və hər şeydən əvvəl əhaliyə fayda gətirmək və bölgəni davamlı sülhə, sabitliyə və firavanlığa yaxınlaşdırmaq üçün regional qarşılıqlı əlaqəyə və tam açıqlığa investisiya qoymağa hazırdır”, - deyə bəyanatda bildirilib.

AzVision.az
Seçilən
37
7
azvision.az

10Mənbələr