
Avropa İttifaq (Aİ) Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin birgə bəyanatında bildirilib.
Qeyd edilib ki, bu sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. Qeyd olunur ki, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır.