RU

Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışladı

Aİ Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır.

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birgə bəyanatda bildiriblər.

Qeyd edilib ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə bu sənədi imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır.

İndi Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində nizamlı və davamlı irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsini təmin etməyin vacibliyi vurğulanıb.

Избранный
66
9
publika.az

8Источники