AZ

Aİ iki ölkə arasında sülhü dəstəkləyən bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəklədiyini bəyan edib.

Aİ Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin birgə açıqlamasında bildirilir ki, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş” region üçün mühüm əhəmiyyət daşıyır.

“İmzalanmış saziş hər iki ölkə və bütün region üçün davamlı sülhün bünövrəsini qoyur və Aİ-nin uzun illər göstərdiyi səylərin kulminasiya nöqtəsidir”, – bəyanatda qeyd olunur.

Aİ rəsmiləri vurğulayıb ki, bundan sonra tərəflərin razılaşdırılmış addımları vaxtında və tam şəkildə həyata keçirməsi mühümdür. Koşta və fon der Lyayen son illərdə, o cümlədən Brüsseldə aparılan danışıqların davamı kimi atılan addımları alqışladıqlarını bildiriblər.

“Aİ Ermənistan və Azərbaycan arasında normallaşma prosesini qətiyyətlə dəstəkləyir, regional əlaqələrin inkişafına və əhalinin rifahına yönəlmiş təşəbbüslərə sərmayə qoymağa hazırdır”, – bəyanatda vurğulanır.

Seçilən
23
1
anews.az

8Mənbələr