RU

Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib (FOTO)

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində "Qərbi Azərbaycan İrsi" kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin əməkdaşı Esmira Xəlilovanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiq təhsil naziri, akademik Misir Mərdanov, Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev, İrəvan xanının nəslinin nümayəndəsi, xanlığın tədqiqatçısı, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, tarixçi alim, Qərbi Azərbaycan İcmasının üzvü Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov iştirak edib.

Təqdimat mərasimində Qərbi Azərbaycan torpaqlarının tarixi, oradakı maddi-mədəni irs və azərbaycanlıların bu bölgədəki çoxəsrlik varlığı barədə geniş məlumat verilib. Bu irsin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub. "Qərbi Azərbaycan İrsi" kitabının tariximiz və mədəniyyətimizin mühüm daşıyıcısı olduğu vurğulanıb. Bildirilib ki, kitab Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının və tarixi yaddaşının qorunması baxımından əhəmiyyətli mənbədir. Kitabın diaspor gənclərinə təqdim olunması onların bu sahədə tarixi biliklərinin artırılmasına və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalarına böyük imkan yaradır.

Tədbirdə Qərbi Azərbaycan torpaqlarında baş vermiş vandalizm aktlarını əks etdirən fotosərgi, həmçinin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı sənədli film nümayiş olunub.

Diaspor gəncləri mövzuya böyük maraq göstərib və ekspertlərə çoxsaylı suallar ünvanlayıblar.

Sonda iştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı hədiyyələr təqdim olunub.

Qeyd edilib ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
68
50
olaylar.az

10Источники