RU

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər 50 % artıb

Bu ilin birinci yarısı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 36 mln. ABŞ dolları, əsaslı xərclər isə təxminən 12 mln. dollar olub.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Qeyd edilib ki, illik müqayisədə hesabat dövründə əməliyyat xərcləri 3,5% azalıb, əsaslı xərclər isə 50% artıb.

“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, - hesabatda qeyd olunur.

Bildirilib ki, ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 mln. kubmetr olub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NIKO (10,00%).

"Cebheinfo.az" 

Избранный
102
8
cebheinfo.az

10Источники