AZ

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər 50% artıb

Bu ilin birinci yarısı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 36 mln. ABŞ dolları, əsaslı xərclər isə təxminən 12 mln. dollar olub.

Bu barədə  BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında qeyd edilib.

    Qeyd edilib ki, illik müqayisədə hesabat dövründə əməliyyat xərcləri 3,5% azalıb, əsaslı xərclər isə 50% artıb.

    “CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, - hesabatda qeyd olunur.

    Bildirilib ki, ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 mln. kubmetr olub.

    Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NIKO (10,00%).

    apa

    Seçilən
    70
    8
    banco.az

    10Mənbələr